Lavrov nazirlərin qarşısında mahnı oxudu
Ziyafətdə 40-da çox ölkənin xarici işlər naziri və nümayəndə heyətlərinin üzvləri iştirak edib.
“Daçiç və Lavrov serblərin çox bəyəndiyi rus mahnısını ifa ediblər. ATƏT-in ziyafətinin qeyri-rəsmi hissəsinin Serbiya xarici işlər naziri İviça Daçiç açıb. Daha sonra o, rusiyalı həmkarı ilə “Podmoskovnie veçera” mahnısını ifa edib”, - deyə “Telegraf” yazıb.
Qəzet yazır ki, ifa Daçiçin təşəbbüsü ilə baş tutub.
Eldar Tanrıverdiyev
AzVision.az