Saakaşvili Gürcüstan vətəndaşlığından çıxarıldı

Saakaşvili Gürcüstan vətəndaşlığından çıxarıldı
  04 Dekabr 2015    Oxunub:2269
Gürcüstan prezidenti Georgi Marqvelaşvili hazırda Ukraynanın Odessa vilayətinin qubernatoru olan Mixail Saakaşvilinin ölkə vətəndaşlığından çıxarılmasına dair sərəncam imzalayıb.
AzVision.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan prezidentinin mətbuat xidməti xəbər yayıb.

Qeyd edək ki, daha əvvəl Gürcüstan Ədliyyə Nazirliyi bununla bağlı tövsüyyə ilə çıxış etmişdi.

Daha əvvəl Gürcüstan ədliyyə naziri Tea Tsulukiani, eks-prezident, Odessa qubernatoru Mixail Saakaşvilinin vətəndaşlıqdan çıxarılması üçün hüquqi addımlar atıldığını bildirmişdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti