Almaniya İŞİD-lə müharibəyə qoşulur
Məlumata əsasən, qanun layihəsinin lehinə 446, əleyhinə isə 146 nəfər səs verib.
İŞİD-ə qarşı baş tutacaq əməliyyatda quru qoşunların iştirakı nəzərdə tutulmur.
Bundan sonra bu qərarı Almaniyanın 16 federal torpağın nümayəndələrinin yığıncağı olan – Bundesrat da təsdiqləməlidir.
Ehtimal olunur ki, missiya 31 dekabr 2016-ci ilə qədər davam edəcək, onun dəyəri 134 milyon avro təxmin edilir. Ümumilikdə əməliyyatlarda 1,2 minə yaxın hərbçinin iştirak edəcəyi gözlənilir.
Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.
Eldar Tanrıverdiyev
AzVision.az