Xınalıq yolunda hərəkət bərpa edildi

Xınalıq yolunda hərəkət bərpa edildi
  04 Dekabr 2015    Oxunub:1197
“Quba-Xınalıq avtomobil yolu artıq qardan təmizlənib və nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub”.
AzVision.az xəbər verir ki, bunu "Azəryolservis" ASC-nin rəsmisi Anar Nəcəfli deyib. O, bildirib ki, yolun 3 yerində baş vermiş qar uçqunun nəticələri aradan qaldırılıb:
“Yolun enişli-yoxuşlu yerlərinə, sərt döngələrə və digər zəruri yerlərə qum-duz qarışığı səpilib”.
"Azəryolservis" sürücülərə müraciətində bildirir ki, həmin yoldan istifadə edərkən ehtiyatlı olsunlar:

"Çünki Quba-Xınalıq yolunda qar uçqununun baş vermə ehtimalı qalmaqdadır. Bundan başqa, yola çıxarkən nəqliyyat vasitəsinin sazlığını yoxlamaq və qış təkərlərindən, təkərlər üçün xüsusi zəncirlərdən istifadə etmək də tövsiyə olunur".

AzVision.az


Teqlər:  





Xəbər lenti