`Mançester Yunayted`də ciddi itki

`Mançester Yunayted`də ciddi itki
  04 Dekabr 2015    Oxunub:1624
"Mançester Yunayted"in futbolçusu Markos Roxo zədələnib.
AzVision.az Britaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı müdafiəçi məşq zamanı çiynindən zədə alıb. Onun nə vaxt yaşıl meydana qayıdacağı bilinmir.

Qeyd edək ki, M.Roxo ötən mövsüm də çiynindən zədələnmişdi. Həmin vaxt o, bir ay yaşıl meydanlarda uzaq qalmışdı.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti