Güclü qar Leriki işıqsız qoydu

Güclü qar Leriki işıqsız qoydu
  04 Dekabr 2015    Oxunub:1554
Dekabrın 3-dən başlayaraq ölkəmizin cənub bölgəsinə yağan intensiv yağışlar Talış dağlarında qarla müşayiət olunub. Lerik rayonuna yağan qar yaşayış məntəqələrində elektrik təsərrüfatına ziyan vurub.
Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov AZƏRTAC-a bildirib ki, rayon mərkəzində qarın qalınlığı 40, ucqar dağlıq ərazidə isə 50-60 santimetrə çatır. Səhər saatlarında qarın dayanması və havanın günəşli olması nəqliyyatın hərəkətini yüngülləşdirib.

Yağan qar rayonun enerji təsərrüfatını iflic vəziyyətinə salıb. Qarın ağırlığına tab gətirməyən elektrik naqilləri qırılıb, dirəklər yıxılıb. Bu səbəbdən də dünən axşam saatlarından rayonun 90 faizi işıqsız qalıb.

Hazırda Lerik şəhəri və ətraf kəndlər işıqla təmin olunsa da, rayonun bir çox yaşayış məntəqəsinə elektrik enerjisinin verilməsində problemlər var.

Rayon fövqəladə hallar komissiyası, ərazi icra nümayəndələri və bələdiyyələr qarın yaratdığı fəsadları aradan qaldırmaq istiqamətində tədbirləri davam etdirirlər.


Teqlər:





Xəbər lenti