Türklər Rusiyaya getmək üçün 60 avro ödəyəcəklər

Türklər Rusiyaya getmək üçün 60 avro ödəyəcəklər
  04 Dekabr 2015    Oxunub:1622
Türkiyə vətəndaşlarının Rusiyaya viza alması 60 avrodan ucuz başa gəlməyəcək.
Bu barədə Rusiya turoperatorları assosiasiyasının vitse-prezidenti Dmitri Qorin məlumat verib.

Kommersiya viza mərkəzlərinə müraciət edənlər bundan 30-35 avro artıq ödəməli olacaqlar.

Türkiyə tərəfi isə viza məsələsi ilə bağlı hələlik cavab tədbirləri görməyi planlaşdırmır.

Xatırladaq ki, Rusiya 2016-cı il yanvarın 1-dən Türkiyə ilə vizasız rejimi birtərəfli qaydada dayandırmağı qərara alıb.

AzVision.az


Teqlər:





Xəbər lenti