İrəvanda polislə etirazçılar arasında qarşıdurma

İrəvanda polislə etirazçılar arasında qarşıdurma
  05 Dekabr 2015    Oxunub:1801
Ermənistanın paytaxtı İrəvanda yenidən etiraz aksiyası keçirilib.

Azadlıq meydanında baş tutan aksiyada etirazçılarla polis qüvvələri arasında qarşıdurma olub.

Aksiya iştirakçıları konstitusiya islahatlarının aparılmasına etiraz edirlər.

“Müxalifətin vahid qərargahı” qurumunun rəhbəri Jirayr Sefilyan meydanda çadırların quraşdırılmasına çağırıb.

Meydanı əhatəyə alan polis əməkdaşları çadırı müxalifətçilərin əlindən almaq istəyərkən toqquşma baş verib.

Qeyd edək ki, dekabrın 6-da Ermənistanda konstitusiya düzəlişləri ilə bağlı referendum keçiriləcək. Dəyişiklikdə prezidentin səlahiyyətlərinin parlamentə verilməsi və dövlət başçısının xalq yox, parlament tərəfindən seçilməsi, prezidentlik müddətinin isə 5 ildən 7 ilə qaldırılması nəzərdə tutulur.

Müxalifət hakim partiyanı hakimiyyəti zəbt etməkdə və ömrünü uzatmaqda ittiham edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti