Tetçerin qab-qacağı, geyimləri satılır - FOTO

Tetçerin qab-qacağı, geyimləri satılır - FOTO
  05 Dekabr 2015    Oxunub:2695
Christies satış evi Britaniya tarixində baş nazir postunu tutan yeganə qadın - Marqaret Tetçerin (1925-2013) şəxsi əşyalarının onlayn satışına başlayıb.
Satışlar “dəmir ledinin” bu il qeyd olunacaq 90 illik yubileyinə həsr edilib.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, 233 lotdan ibarət auksion bu gündən başlayaraq dekabrın 16-dək davam edəcək.

Hərraca Tetçerin qab-qacağı, interyerdə istifadə etdiyi tətbiqi incəsənət nümunələri, çoxsaylı geyim və zinət əşyaları, kitabları, aldığı müxtəlif hədiyyələr çıxarılıb. Satışa çıxarılan əşyalar arasında parlament katibinin Downing Street-ə baş nazirin ən vacib sənədlərini apardığı kuryer çantası, həmçinin Madam Tüssonun Londondakı mum heykəllər muzeyi üçün hazırlanmış “dəmir ledinin” əlinin bürünc heykəli də yer alır.




Teqlər:  





Xəbər lenti