Yaralı neftçilər haqda son məlumat - FOTOLAR
Bu barədə Femida.az-ın xəstəxanada olan əməkdaşına Mərkəzi Neftçilər Xəstəxanasının cərrah həkimi Adil İsayev məlumat verib.
Onun sözlərinə görə, xəstəxanaya müraciət edənlərdən biri yanıq mərkəzinə göndərilib: "Hazırda xəstəxanada 8 nəfərin müalicəsi xəstəxanada davam etdirilir. Xəstələrdən biri qadındır. Xəstələr müxtəlif dərəcəli travma ilə xəstəxanaya yerləşdirilib. Yanıq xəsarəti alan xəstəmiz yoxdur. Bir nəfər yanıq xəsarəti alan xəstə MNX-na qəbul edilmişdir ki, o da yanıq mərkəzinə göndərilib. Hazırda xəstələrin səhhəti stabil olaraq qalır. Onların müalicəsi davam etirilir. Yaxın günlərdə də evə buraxılacaq".
Cərrah xəstəxanada müalicəsi davam edən 1971-ci il təvəllüdlü Məlahət Əliyeva barəsində də məlumat verib: "L-1, L-5 bel fəqərələrinin köndələn çıxıntılarının sınığı diaqnozu ilə müalicə alan Məlahət Əliyeva platformada xadimə kimi çalışıb. Onun müalicəsi başqa xəstələrə nisbətən uzun çəkəcək. Ona görə də evə gec buraxılacaq".
Teqlər: