Şəmkirdə ər arvadını bıçaqladı
Həkimlər dərhal yaralını əməliyyata götürüblər. Xəstənin alın, üz və döş qəfəsi nahiyyələrində bıçaq yaraları aşkar edilib. Cərahiyyə əməliyyatından sonra vəziyyəti orta-ağır qiymətləndirilir. Yaralının müalicəsi davam etdirilir.
Şəmkir Rayon Polis Şöbəsindən Kəpəz televiziyasına (Region TV) verilən verilən məlumata görə, Türkan Cəfərova əri – 29 yaşlı Ramin Cəfərov tərəfindən bıçaqlanıb və hadisəni törədən şəxs saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Teqlər: