Bu gün evliliyinin 7 ili tamam olur - İtkin neftçinin ailəsindən reportaj
Dayısının sözlərinə görə, Edik 7 il idi ki, dənizdə işləyirdi. Bu günə qədər hər hansı problem olmamışdı: "Yuxarı təşkilatlardan xahişim budur ki, axtarışları sürətləndirsinlər. Camaat gözləyir. Bizim də ümidimiz xəbərlərədir. Hər halda, yaxşı xəbərlər eşitmək istəyirik".
Qeyd edək ki, itkin düşən neftçilərdən 3-ü Xaçmaz rayonundandır. Dekabrın 4-də baş verən güclü tufan saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib. Hadisə zamanı 33 nəfər xilas olunub, 29 nəfər isə itkin düşüb. (Apa tv)