AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nizami rayonunda Bakı Metropoliteninin "Neftçilər" stansiyasında partlayıcı qurğu olması barədə məlumat daxil olub. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.
Xüsusi Riskli Xilasetmə Xidmətnin müvafiq bölmələri hüquq-mühafizə orqanlarının mütəxəssisləri ilə birlikdə axtarış işləri aparıb və heç bir şübhəli əşya aşkar etməyiblər.
AzVision.az