PR Akademiya xaricdən təlimçi gətirdi
9 dekabrda Xəzər Universitetinin "Mərmər" zalında baş tutan PR seminarının qonağı Beykent Universitetinin prorektoru, professor doktor Ebru Ural oldu. Gözləniləndən daha artıq tələbənin iştirak etdiyi seminarı “PR akademiya”nın rəhbəri Nuranə Ağazadə Günəşli neft yatağında baş vermiş qəza qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan etdi.
Seminarda gənclərə PR menecmentin sirlərindən, sosial layihələrin PR-nın təşkilindən danışan Professor Ebru Ural da, sözə bütün seminar iştirakçılarına baş sağlığı verərək başladı. Azərbaycan gəncliyinin hər zaman öndə olduğunu qeyd edən professor bildirdi ki, ölkənin ilk yaradılan və təmənnasız şəkildə fəaliyyət göstərən PR Akademiya layihəsini alqışlayır və bu akademiyanın tələbələrinə dəstək olmağa hər zaman hazırdır.
Teqlər: