Neftçilərin meyiti Qazaxıstanla sərhəddə tapılıb
X. Məmmədov qeyd edib ki, kəskin pisləşən hava şəraiti, sərt dənizhavası xilasetmə tədbirlərini yubadır və çətinləşdirir.
Vitse-prezident platformada çalışan neftçilərin xilasedici jiletsiz olması ilə bağlı sosial şəbəkələrdə paylaşılan görüntülərə də toxunub: “Bəzi məsələdən, hadisədən xəbərsiz insanlar, məlumatsız və qeyri-peşəkar sosial şəbəkə istifadəçiləri həqiqətə uyğun olmayan paylaşımlar edirlər. Onlar anlamırlar ki, söhbət insan taleyindən gedir. Söhbət çox ciddidir. Bu, siyasi oyun deyil”.
Daha sonra brifinqdə vitse-prezidentin sözlərini təsdiq edən videokadrlar nümayiş etdirilib. (Apa)