Qənirə Paşayevadan Manisa Universitetinə təklif: `Qarabağ mərkəzi açılsın`
Millət vəkilini universitetdə salamlamaqdan məmnunluğunu ifadə edən ali təhsil ocağı rəsmiləri qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən, Azərbaycanla əməkdaşlıqdan böyük məmnuniyyət duyduğuqlarını, Universitetdə təhsil alan azərbaycanlı tələbələrin hər il daha da artması üçün çalışdıqlarını, tələbələrin burada təhsil almaları üçün hər cür şəraitin yaradıldığını qeyd ediblər.
Millət vəkili, Dr. Qənirə Paşayeva Celal Bayar universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişlənməsinin, burada təhsil alan azərbaycanlı tələbələrin sayının getdikcə artmasının, artıq 190 nəfər tələbənin burada təhsil almasının müsbət hal olduğunu qeyd edərək, onların burada özlərini öz vətənlərindəki kimi hiss etmələri və keyfiyyətli təhsil almaları üçün yaradılan hər cür şəraitə görə təşəkkürünü bildirib.
Millət vəkili, Universitetin rəhbərliyinə və müəllimlərinə Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlar verib, bu istiqamətdə fikir mübadiləsi aparılıb və Q.Paşayeva bu mövzularla bağlı Universitet gəncləri ilə geniş müzakirələrə, tələbələrlə bu mövzular ətrafında daha çox görüşlərə, konfranslara ehtiyac olduğunu deyib. Qənirə Paşayeva Universitetdə Qarabağ mərkəzinin açılması təklifi ilə çıxış edib. O bildirib ki, belə bir mərkəzin olması Türk kökənli gənclərimiz üçün də, burada təhsil alan xarici tələbələrə həqiqətlərimizin daha geniş və doğru çatdırılması üçün də çox önəmlidir.
Millət vəkili Qənirə Paşayeva mərkəz üçün lazım olan kitab, material, sənədli filmlərin rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İb tərəfindən Universitetə hədiyyə ediləcəyini də, deyərək Qarabağ mərkəzinin vacibliyi və əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparıb. Universitet rəsmiləri təklifi dəstəkləyiblər və yaxın günlərdə bu məsələyə baxılacağını bildiriblər.
Teqlər: