`Həm içkili idim, həm də çəkmişdim` - VİDEO

`Həm içkili idim, həm də çəkmişdim` - VİDEO
  19 Dekabr 2015    Oxunub:3119
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları oğurluqda şübhəli bilinən şəxsi saxlayıb.
Nurlan Əmirli polisə ərizə ilə müraciət edərək Ceyranbatan qəsəbəsində ona məxsus yarımtikilidə 900 manat dəyərində tikinti materialları və alətlərin oğurlandığını bildirib. Rayon polis idarəsi əməliyyatçılarının apardıqları əməliyyat tədbirləri nəticəsində oğurluğu törədənin kimliyi məlum olub.

Müstəntiq Xəyyam Rüstəmov bildirib ki, keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluq hadisəsinin Ceyranbatan qəsəbə sakini, 1981-ci il təvəllüdlü Qasımov Roman Safəddin oğlu tərəfindən törədildiyi müəyyən edilib. Roman Qasımov dindirilərkən törətdiyi cinayəti etiraf edib.

Saxlanılan Roman Qasımov əvvəllər də oğurluq etdiyi üçün məhkumluq həyatı yaşayıb. O, hadisə zamanı spirtli içki və narkotik qəbul etdiyini bildirib. Roman oğurladığı alətləri “8-ci kilometr bazarı”nda satdığını deyib.

“İçkili idim, bir az da çəkmişdim. Siqaret almaq üçün evdən çıxdım. Gördüm ki, təzə tikili evdir, girdim, "veş"ləri götürüb çıxdım. Taksi ilə apardım "Vosmoy bazarı"na. Bir nəfərə göstərdim, soruşdu ki, oğurluq deyil, dedim yox, özümündür. Razılaşdıq, satdım ona".

Roman Qasımovun oğurluq əməlləri bununla da bitməyib. O, elə həmin gün mənzillərdən birinə daxil olaraq televizor oğurlayıb: "Sonra bir evə də daxil olub oradan plazma televizor götürmüşəm. "Meşok" axtarırdım bunları yığmağa, yaşayış olmayan bir evə girdim. Əlimə televizor keçdi, götürdüm”.

Əməliyyatçılar saxlanılan şəxsin digər cinayət əməllərində əlinin olduğunu da istisna etmirlər. Faktla bağlı araşdırma aparılır ("Region" TV).




Teqlər:





Xəbər lenti