Ana və körpəsi doğuş vaxtı öldü
Doğuş zamanı vəziyyəti pisləşən L. Cəbrayılova ölüb, onun körpəsini də xilas etmək mümkün olmayıb.
Quba MRX-nın baş həkiminin müavini Əliyar Sərvərov APA-ya bildirib ki, ölümü səbəbi hələlik məlum deyil, araşdırma aparılır.
Bu, L. Cəbrayılovanın 3-cü hamiləliyi olub. Onun iki azyaşlı övladı var.
Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırma aparılır.







Vaxtında, Aydın, Lazımlı!


