Türkiyənin daha bir bölgəsində `Qarabağ` parkı olacaq

Türkiyənin daha bir bölgəsində `Qarabağ` parkı olacaq
  27 Dekabr 2015    Oxunub:2977
Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Afşin bələdiyyə başqanı Mehmet Fatih Güvenle görüşündə mərkəzdə yerləşən parka Qarabağ adının verilməsilə bağlı ona təşəkkür edib.

Qənirə Paşayeva Türkiyənin müxtəlif bölgələrində Qarabağ adını daşıyan park və abidələrin artmasının dosta da, düşmənə də bir mesaj olduğunu bildirib:
- Biz birlik və bərabərlik içində torpaqlarımızı Ermənistanın işğalından tezliklə azad edəcəyik və orada da tədbirlər, görüşlər keçirəcəyik. İnşallah bir gün işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda da Afşin adına bir parkın açılışında iştirak etməyi Allah bizə nəsib etsin.

Afşin bələdiyyə başqanı Mehmet Fatih Güven Türkiyə Qarabağ məsələsində hər zaman Azərbaycanın yanında olacağını bildirib.

Qənirə Paşayeva Azərbaycanın daim qardaş Türkiyənin, Türkiyənin də daim Azərbaycanın yanında olduğunu söyləyib və ölkələrimizin müxtəlif bölgələri, bələdiyyələri arasında da əlaqələrin genişlənməsinin vacibliyini qeyd edib. O, qədim Afşini də artıq Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirib.


Teqlər:  





Xəbər lenti