“Arzu, salamat qal” yazan neftçi dəfn olundu - FOTOLAR

“Arzu, salamat qal” yazan neftçi dəfn olundu - FOTOLAR
  28 Dekabr 2015    Oxunub:6496
“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən qəza nəticəsində itkin düşən və meyiti ötən gün Xəzərin Türkmənistan sektorunda tapılan neftçi İman Qasımov artıq dəfn olunub.
AzVision.az xəbər verir ki, Lökbatan qəbirstanlığında keçirilən dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları, SOCAR-ın və “Azneft”in rəhbərliyi iştirak edib.

Qeyd edək ki, bu il dekabrın 4-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermişqəza nəticəsində 7 nəfər həlak olub, 29 nəfər itkin düşüb. Fövqəladə Hallar Nazirliyinin axtarış xilasetmə qüvvələri dərhal itkin düşənlərin axtarışına başlayıb. Axtarışlar nəticəsində 6 nəfərin cəsədi tapılıb, 23 nəfərin isə axtarışları davam etdirilib.

Daha əvvəl mətbuatda İman Qasımovun həyat yoldaşı Arzu xanıma yazdığı “Arzu, salamat qal. Mən getdim, uşaqlara böyüklük et” mesajı yayılmışdı.

Fotolar: Elvin Abdulla
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti