Ankarada “Karabağ hikayeleri” təqdim olundu

Ankarada “Karabağ hikayeleri” təqdim olundu
  29 Dekabr 2015    Oxunub:2944
Türkiyənin paytaxtı Ankarada millət vəkili Qənirə Paşayeva və araşdırmaçı-yazar İmdat Avşarın tərtib etdikləri “Karabağ hikayeleri” kitabının Türkiyə türkcəsində təqdimat və imzalanma mərasimi olub.

Çoxlu sayda aydın, şair, yazar, gənclər “Karabağ hikayeleri”nin imzalanmasına qatılıblar və bu kitabın çox önəmli olması barədə fikirlərini bölüşüblər.

Millət vəkili bildirib ki, kitab iyirminci yüzilin ən qanlı, ən ağır soyqırımına məruz qalan Azərbaycan türklərinin ağrı-acılarını əks etdirir.

Qənirə Paşayeva deyib ki, çox təəssüf, BMT Təhlükəsizlik Şurası, AŞPA və digər beynəlxalq təşkilatlar özlərinin qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi istiqamətində Ermənistana heç bir təzyiq göstərmirlər. O, türk gənclərini Qarabağ həqiqətlərini daha geniş öyrənməyə çağırıb və dünyanın hər yerində yaşayan insanlarımızın bu həqiqətlərin dünyaya daha geniş yayılmasında fəallıqlarının artmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, Türkiyənin “Kun” kitab evində çıxan kitab Q.Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Avrasiya Beynəlxalq Mətbuat Fondunun dəstəyi ilə işıq üzü görüb.


Teqlər:





Xəbər lenti