61 yaşlı kişi evində ölü tapıldı

61 yaşlı kişi evində ölü tapıldı
  29 Dekabr 2015    Oxunub:1602
Paytaxtda mənzildə 61 yaşlı kişi meyiti tapılıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1954-cü il təvəllüdlü Lanskix Aleksandr Petroviçin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və adıçəkilən şəxsin cəsədini aşkar ediblər.

A.Lanskixin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti