`Veysəloğlu` uşaqlar üçün bayram keçirdi
Şirkət rəhbərliyinin də iştirak etdiyi tədbirdə uşaqlar üçün əyləncəli və musiqili anlar yaşanıb.
Veysəloğlu MMC hər il olduğu kimi, bu il də valideyn himayəsindən və qayğısından məhrum olmuş, xüsusi qayğıya ehtiyacı olan uşaqları diqqətdə saxlayıb.
Sözü gedən tədbirdə ümumilikdə 100-ə yaxın yüngül kəmağıllı (əqli geri uşaqlara) Veysəloğlu şirkətinin distribyuteri olduğu Şölen fabrikinin Ozmo məhsulları və müxtəlif hədiyyələri təqdim edilmişdir.
Məktəb rəhbərliyi və uşaqlar onlara göstərilən diqqət və qayğıdan məmnun qaldıqlarını və sevinclərini ifadə ediblər.
Bayram şənliyində iştirak edən şirkət rəhbərliyi bu kimi tədbirlərin gələcəkdə daha geniş və mütəmadi keçiriləcəyini, xüsusi qayğıya ehtiyacı olan uşaqların daim diqqətdə saxlayacaqlarını vurğulayıblar.
Teqlər: