Piyadanı öldürən sürücü qaçdı
Meyit tibbi ekspertizadan keçirilməsi üçün Lənkəran Rayon mərkəzi xəstəxanasının morquna gətirilib.
Astaranın Siyavar kəndi ərazisində 28 yaşlı gənci vuraraq qaçan sürücü polis tərəfindən saxlanılıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, Həsənov Zamin Zahir oğlunun ölümünə səbəb olan şəxs Şürük-Siyavar-Bazar marşrutu üzrə hərəkət edən 42-BK-492 dövlət nişanlı "Mercedes" markalı avtonəqliyyat vasitəsinin sürücüsüdür.
O, hadisə yerindən qaçsa da polis tərəfindən Lənkəran rayonunun ərazisində şübhəli şəxs qismində saxlanılıb.
Polisdən verilən məlumata görə, sürücü Lənkəranın Digah kəndinin sakini Cəfərov İzzət Qurban oğludur.