Bakıda mənzilə civə dağıldı

Bakıda mənzilə civə dağıldı
  04 Yanvar 2016    Oxunub:2266
Nərimanov rayonunda evə civə dağılıb.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə termometr sınıb, nəticədə daxilindəki civə ətrafa dağılıb.

Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının Kimya xidmətinin mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib.

Əməliyyat saat 12:10-da başa çatıb.

AzVision.az



Teqlər:  





Xəbər lenti