20 yaşlı gənci maşın vurub öldürdü
Hələlik istintaqla müəyyən edilməyən naməlum avtomobil, yolu keçmək istəyən Gəncə şəhəri Nizami rayonu Ağamirzə Əhmədov küçəsində yaşayan 1994-cü il təvəllüdlü Elmir Rasim oğlu Quliyevi vurub. 20 yaşlı gənc aldığı ağır bədən xəsarətlərindən hadisə yerindəcə həyatını itirib. Hadisəni törədən sürücü ərazidən qaçıb.
Hazırda Goranboy Rayon Polis İdarəsin əməkdaşları qəzanı törədən şəxsi axtarır.
Faktla bağlı Goranboy Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir. (Ans)
Teqlər: