Dəm qazı yenə can aldı

Dəm qazı yenə can aldı
  10 Yanvar 2016    Oxunub:1833
Hacıqabulda 33 yaşlı qadın dəm qazından boğularaq ölüb.
AzVision.az-ın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, hadisə Hacıqabul rayonunun Muğan kəndində, gecə saat 3.00 radələrində qeydə alınıb. Həmin kəndin sakini, 1982-ci il təvəllüdlü Ağayeva Zümrüd Fərhad qızı hamamda dəm qazından boğularaq ölüb.

Ölüm faktı Hacıqabul rayon təcili yardım stansiyasının həkimləri tərəfindən təsdiqlənib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti