Xırdalanda bina yandı - 30 nəfər xilas edilib

 Xırdalanda bina yandı - 30 nəfər xilas edilib
  10 Yanvar 2016    Oxunub:2866
Abşeron rayonu, Xırdalan şəhərində yeddimərtəbəli yaşayış binasında yanğın olub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, binanın şaxtasında elektrik kabeli 21 p.m və 30 ədəd qoruyucu açar yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən binada 5-i azyaşlı olmaqla 25 nəfər sakin təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 14:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti