Bakıda fəhlə “Viaqra” içib öldü
İlkin məlumata görə, həlak olan şəxs kirayədə yaşayan və tikinti sahəsində işləyən Gəncə sakini 28 yaşlı M.Hüseynovdur.
Hüseynovu kirayə qaldığı evdə ağır vəziyyətdə qonşuların çağırışı ilə gələn təcili tibbi yardım və polislər aşkar ediblər. Amma həkimlər oğlanın həyatını xilas edə bilməyiblər. Onun ölümünə ürəyinin partlamasının səbəb olduğu ehtimal edilir.
Hadisə yerinin baxışı zamanı “Viaqra” dərmanının qutusunu aşkar edən kriminalistlər gənc oğlanın ölməmişdən öncə bu həbləri qəbul etdiyini ehtimal ediblər.
Bəzi məlumatlara görə, Hüseynov bədbəxt hadisə zamanı mənzildə tək olmayıb. Onun yanında olan qız qorxudan hadisə yerindən qaçıb. Amma gənc oğlanın vəziyyətinin pisləşməsini qonşulara bildirib. Daha sonra polisə anonim zəng daxil olub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
AzVision.az
Teqlər: