`Qardaşı öldürdü` deyilən qız: `Qorxumdan gizlənirdim...`
Mətbuatda Z.Məhərrəmovanın qardaşı tərəfindən öldürülərək, kənd qəbiristanlığında basdırıldığı iddia edilirdi.
21 yaşlı qız müəmmalı şəkildə yoxa çıxması ilə bağlı AzVision.az yeni təfərrüatlar əldə edib.
Z.Məhərrəmovın yaxınları saytımıza bildiriblər ki, o, qardaşından qorxduğu üçün evdən qaçıb: “Zülfiyyə bu gün səhər saatlarında heç nə olmamış kimi evə qayıtdı. Hamımız onu görəndə şoka düşdük. Biz elə bilirdik ki, o ölüb. Ondan harada olduğunu soruşduq. O, qardaşından qorxduğu üçün evdən qaçdığını dedi. Zülfiyyə qardaşının tutulmaması üçün evə döndüyünü bildirdi. Onun psixoloji durumu normaldır, səhhətində heç bir problem yoxdur”.
Yaxınlarının bildirdiyinə görə, Zülfiyyə evə qayıtdıqdan sonra polis tərəfindən dindiirlib: “Evə qayıdan kimi polisə məlumat verildi. Polis Zülfiyyəni sorğu-sual etdi. O, bütün sualları cavalandırdı. Dedi ki, hər şey yaxşıdır, ona heç nə olmayıb. Daha sonra qızı müayinə etmək üçün həkimə apardılar. Üzərində zorakılıq əlaməti aşkar edilməyib”.
Tovuz rayon Polis İdarəsindən AzVision.az-a bildirilib ki, hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir: “Zülfiyyə Məhərrəmovanın ifadəsi alınıb. O, heç bir problemin olmadığını bildirib. Evdən öz xoşu ilə getdiyini, heç bir təzyiqə məruz qalmadığını qeyd edib. Qardaşı Anar Səmədov isə ifadəsi alındıqdan sonra azadlığa buraxılıb. Hazırda iş üzrə Tovuz rayon Prokurorluğu tərəfindən arşadırma aparılır”.
Hafiz Əhmədov