Mehriban Əliyeva Zaurun müalicəsini öz üzərinə götürdü
30 yaşlı Zaura “osteoblastoma” diaqnozu qoyulub. O, 2006-cı ildən 5 əməliyyat keçirib, lakin xəstəlikdən xilas ola bilməyib.
Zaurun müalicəsi və tam sağalması üçün təcili və çətin əməliyyata ehtiyacı var. Bu əməliyyat isə Almaniyada həyata keçirilə bilər.
Sosial şəbəkələrdə onun müalicə xərclərinin ödənilməsi üçün vəsait toplanması məqsədilə qrup da yaradılmışdı.
AzVision.az