Oteldə öldürülən Könül kimin qızıdır?

Oteldə öldürülən Könül kimin qızıdır?
  20 Yanvar 2016    Oxunub:10730
Qubada oteldə öldürülən qız müəllim ailəsindən olub.
AzVision.az Criminal.az-a istinadla xəbər verir ki, Qəçrəşdəki “Retro” istirahət mərkəzində qətlə yetirilən Könül Zalovanın atası müəllimdir.

Məlumata görə, Zülfi Zalov Sumqayıt Dövlət Universitetində işləyir. Onların əlaqəsinin olmadığı bildirilir. Könülün isə bir azyaşlı övladı var.

Xatırladaq ki, 1978-ci il təvəllüdlü Könül Zalova 1982-ci il təvəllüdlü Elməddin Əhmədov tərəfindən qətlə yetirilib. Könüllə Elməddin bir yerdə istirahət mərkəzinə gəlib. Gecəni bir yerdə keçirən cütlüyün arasında ertəsi gün mübahisə yaranıb. Mübahisə zəminində Elməddinin Könülü boğub öldürdüyü bildirilir.

Mübahisənin qısqanclıq zəminində olması istisna edilmir.


Teqlər:





Xəbər lenti