Gənclərin ailə problemləri müzakirə edilib

Gənclərin ailə problemləri müzakirə edilib
  23 Yanvar 2016    Oxunub:2167
Bakıda "Müasir ailə portreti və ailədə olan münaqişələrin səbəbləri" mövzusunda konfrans keçirilib.

Gənclərin ictimai təşəbbüsü və Sevinc Zəhrayi Nurun moderatorluğu ilə keçirilən tədbirdə cəmiyyətdə ailələrdə geniş yayılmış və hər bir gəncin üzləşə biləcəyi problemlər müzakirə edilib.

Hüquqşünas, psixoloq, dietoloq, ilahiyyatçı, yazar və digər peşə sahiblərinin çıxış etdiyi konfransda ailə quranadək və qurulduqdan sonra gənclərin psixoloji durumu, qadın-kişi münasibətləri, İslamda ailə dəyərləri və qadın hüquqları, tərbiyə metodları, boşanmaların səbəbləri, qaynana-gəlin münasibətləri, gənc ailələrə kənar müdaxilələrin, eləcə də insanların fiziki durumunun ailədəki vəziyyətə təsiri və problemlər müzakirə olunub və onların həlli yolları ilə bağlı təklif və tövsiyələr səsləndirilib, gəncləri maraqlandıran suallar cavablandırılıb.

Müzakirələrin maraqlı keçməsi, aktuallığı və faydalılığı nəzərə alınaraq, bu səpkidən olan konfransların davamlı təşkil edilməsi qərara alınıb.



Teqlər:





Xəbər lenti