Piyadanı öldürən sürücü qaçdı
Naməlum avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb. Nəticədə şəxsiyyəti hələ ki, məlum olmayan təqribən 40-45 yaşlı kişi hadisə yerində keçinib.
Yol kənarında qalan meyit "təcili yardım" maşını ilə xəstəxanaya aparılıb. Faktla bağlı Bərdə rayon Polis şöbəsində araşdırma aparılır. Qəzanı törədən sürücünün şəxsiyyətinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
AzVision.az
Teqlər: