Gəncədə ağır qəza, yaralılar var

Gəncədə ağır qəza, yaralılar var
  25 Yanvar 2016    Oxunub:1756
Səhər saat 8 radələrində Gəncə şəhərinin Gülüstan qəsəbəsi ərazisində yol qəzası baş verib.
AzVision.az-ın Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, yanacaqdoldurma məntəqəsindən çıxan “QAZ 53” markalı su maşını əsas yolla Göygöl istiqamətində hərəkət edən minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində su maşınının sürücüsü, Kəlbəcər sakini Natiq Qurbanov, digər avtomobilin sürücüsü Bakı sakini Yadigar Əhmədov, sərnişin Asəf Amanov xəsarət alıb. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Hadisə zamanı avtomobillərə də xeyli ziyan dəyib. Qəzanın səbəbləri Gəncə şəhər Dövlət Yol Polisi şöbəsində araşdırılır.


Teqlər:





Xəbər lenti