Maşın qarda sürüşüb yol kənarına düşdü

Maşın qarda sürüşüb yol kənarına düşdü
  26 Yanvar 2016    Oxunub:2259
Qəbələdə yağan güclü qar nəticəsində yolda qalan avtomobil xilas olunub.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Şimal-Qərb Regional Mərkəzinə, Qəbələ rayonu Laza kəndinə yağan güclü qar nəticəsində 1 avtomobilin sürüşərək yolun kənarına düşməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobilə müvafiq kömək göstəriblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti