Bakıda həkimi döydülər

Bakıda həkimi döydülər
  30 Yanvar 2016    Oxunub:2415
Dünən Sabunçu rayonunda 13 saylı Təcili Yardım Stansiyasının həkimləri xoşagəlməz hadisə ilə üzləşiblər.
AzVision.az haqqin.az-a istinadən xəbər verir ki, həkimlər və tibb bacısı Aynur Süleymanova saat 16:00 radələrində Bakıxanov qəsəbəsinə çağırışa gediblər. Burada onlara iki naməlum şəxs hücum edərək döyüb. Təcili tibbi yardım işçiləri gücnən hadisə yerindən uzaqlaşa biliblər.

Hal-hazırda faktla bağlı araşdırma aparılır. Sabunçu rayon 13-cü polis bölməsinin əməkdaşları insidentin baş vermə səbəblərini araşdırırlar.

AzVision.az


Teqlər:





Xəbər lenti