Sabiq nazir müavini vəfat etdi
Modern.az-ın məlumatına görə, Xalid Əlimirzəyev 1932-ci il dekabrın 16-da Qəbələ rayonunun Qəmərvan kəndində anadan olub.
X.Əlimirzəyev 1992-1993-cü illərdə təhsil nazirinin birinci müavini vəzifəsində işləyib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yaradıcılıq Akademiyasının akademikidir. 15 monoqrafiya və kitabın, 500-dən artıq elmi-publisistik məqalənin müəllifidir. O, milli azadlıq hərəkatının fəal üzvlərindən biri olub. Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edib.
2003-cü ildə yaradılan və bir neçə il fəaliyyət göstərən "AMAL" Ziyalı Hərəkatının sədri olub. 2006-cı ildə Müsavat Partiyasının üzvlüyündən istefa verərək siyasətdən getdiyini bəyan edib.
X.Əlimirzəyev 1974-cü ildən bu günə kimi BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru idi.
Bədii yaradıcılıqla da məşğul olan Xalid Əlimirzəyev bir çox hekayə, povest və dram əsərinin də müəllifidir. Onun pyesləri Akademik Dram Teatrında və başqa teatrların səhnələrində tamaşaya qoyulub. Seçilmiş bədii əsərlərdən ibarət «Bələdçi» adlı (600 səh. həcmində) kitabı çapdan çıxıb.
Teqlər: