Qadın evində ölü tapıldı

Qadın evində ölü tapıldı
  31 Yanvar 2016    Oxunub:1416
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz şəhərində fərdi yaşayış evində 1942-ci il təvəllüdlü Pənahova Gülxanım Həmid qızının bağlı qapı arxasında qalması barədə məlumat daxil olub.

AzVision.az FHN-nin saytına istinadən xəbər verir ki, dərhal nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq yaşayış evinin qapısını açıb və G.Pənahovanın cəsədini aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az


Teqlər:





Xəbər lenti