İtkin düşən neftçinin meyiti Bakıya gətirildi

İtkin düşən neftçinin meyiti Bakıya gətirildi
  31 Yanvar 2016    Oxunub:1732
Yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sektorunda “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş neftçi Sahib Güloğlan oğlu Şahmarovun meyiti tapılıb.
AzVision.az xəbər verir ki, bu gün cəsədin gətirilməsi üçün Türkmənistana yola düşmüş Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi gecə saatlarında geri qayıdıb.

Neftçi Sahib Güloğlan oğlu Şahmarovun nəşi Vətənə gətirilib və aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti