Sərxoş sürücü qəza törətdi - 5 yaralı
Güclü zərbədən hər iki avtomobilə ciddi ziyan dəyib. Həmçinin “VAZ-2106”-nın sürücüsü ilə birlikdə onun arvadı, 1981-ci il təvəllüdlü Mirzadə Kazım qızı Abdullayeva və 2 yaşlı oğlanları Yusif Abdullazadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Qadının 9 aylıq hamilə olduğu bildirilir. Xəstəxanada ana və uşağa müvafiq tibbi yardım göstərilib, hazırda hər ikisinin vəziyyəti orta-ağır qiymətləndirilir.
İlkin versiyaya görə, “Mercedes”in sürücüsü sərxoş vəziyyətdə avtomobili idarə edib. Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır. (Apa)