Gənc yazar QHT yaratdı
Təsisçinin sözlərinə görə, ”Çağdaş Gənclik” İctimai Birliyinin fəaliyyətinin məqsədi gənclərin dövlətə, vətənə, xalqa sədaqətini artırmaq, milli mənlik şüurunu inkşaf etdirmək, milli qürur hisslərini daha da gücləndirmək, dövlətin gənclər siyasəti prosesində fəal iştrakını, orduda xidmətə marağını və həvəsini artırmaq, Azərbaycan tarixinin öyrənilməsində dəstək verməkdən ibarət olacaq.
“Biz eyni zamanda, Azərbaycan haqqında dünya ictimaiyyətində müsbət imicin formalaşmasına yardım göstərməyə çalışacağıq”,- deyən Seymur Süleymanov bildirib ki, “Çağdaş Gənclik ” İctimai Birliyi dövlət qeydiyyatına alınması üçün yaxın vaxtlarda Ədliyyə Nazirliyinə müraciət edəcək.
Teqlər: