Bakıda iki uşaq anası özünü asdı
Məlumata görə, hadisə vaxtı evdə Aynur Xancanovadan başqa heç kim olmayıb. Belə ki, canına qəsd edən qadının iki övladı məktəbdə dərsdə, əri isə işdə olub.
39 yaşlı qadının intihar etməsinə səbəb kimi onun ailəsinin böyük miqdarda borcu olması göstərilir.
Faktla Sabunçu rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Teqlər: