Ədliyyə Nazirliyində ictimai iştirakçılıq müzakirə olunub

Ədliyyə Nazirliyində ictimai iştirakçılıq müzakirə olunub
  06 Fevral 2016    Oxunub:3616
Bu gün Ədliyyə Naziri yanında fəaliyyət göstərən İctimai Komitənin iclası keçirilib. İclasda İctimai Komitə üzvləri, Səadət Bənənyarlı, Zəlihə Tahirova, Sahib Məmmədov, Əhməd Abasbəyli, Nazir Quliyev, Rauf Zeyni, Şahin Camalov, Murad Sadəddinov, Zaur Seyidzadə, Ədliyyə Nazirliyinin idarə rəislər Faiq Qurbanov və Malik Ələkbərov, həmçinin nazirliyin aidiyyatı məsul şəxsləri iştirak ediblər.

İctimai Komitənin üzvü Sahib Məmmədov iclasa sədrlik edib. İctimai Komitə ilk növbədə ölkə Prezidenti cənab İlham Əliyevin ictimai nəzarətin gücləndirilməsi ilə bağlı Nazirlər Kabinetinin son toplantısında səsləndirdiyi fikirlərlə bağlı müzakirələr aparılıb. Ədliyyə nazirliyi sistemində ictimai iştirakçılığın daha effektiv təmin edilməsi ilə bağlı fikir mübadiləsi baş tutub.

Nazirliyin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqə İdarəsinin rəisi Faiq Qurbanov İctimai Komitənin fəaliyyəti, komitə üzvləri tərəfindən qaldırılan məslələrə verilən təkiliflər və bunlarla bağlı həyata keçirilən işlər barədə İctimai Komitə üzvlərinə ümumiləşmiş məlumat təqdim edib. Nazirliyin Penitensiar Xidmətə Nəzarət üzrə Müfəttişliyinin Rəisi Malik Ələkbərov da nazirliyin yaratdığı vaxtından əvvəl şərti adad edilmə məslələri üzrə komissiyanın işi barədə məlumat verərək bildirib ki, indiyədək heç bir komissiya İctimi Komitənin iştirakı olmadan məslələrə baxmayıb. Komitə üzvləri komissiyanın üzvüləridir və onlar bütün proseslərdə iştirak edir.

İclasda Komitənin ötən dövrdə həyata keçirilən başçəkmələr, vaxtından əvvəl şərti azad edilmə üzrə komissiyanın işi, sonrakı fəaliyyətlərə dair hər bir komitə üzvü çıxışlar etmiş və yeni şəraitdə ictimai nəzarətin effektivliyinin artırlması barədə fikirlərini söyləyiblər.

İclasda alimentlərin ödənilməsi ilə bağlı məhkəmə qərarlarının icrası məslələri də müzakirə olunub. Nazirliyin idarə rəisi Faiq Qurbanov bu sahədə nazirliyin qaynar xətt sisteminə daxil olan şikayətlərin idarə olunması ilə bağlı məlumat verib. İdarə rəisi bildirib ki, hazırda aliment fondunun yaradılması məsləsi müzakirə olunmaqdadır.

İclasda bu istiqamtlərdə işlərin görülməsi ilə bağlı qərarlar qəbul olunub:

1. İctimai Komitənin veb səhifəsinin bərba olunması və facebook səhifəsinin yaradılması;

2.İctimai Komitənin cəzaçəkmə müəssələrinə baş çəkərkən istifadə etdiyi hesabat formasının təkmilləşdirilməsi;

3. İctimai Komitənin 10 illik yubileyi ilə bağlı tədbirlərin hazırlanması və keçirilməsi;

4. Monitorinqlərin keçirilməsində əlaqələndirmə məsələlərinin gücləndirilməsi.



Teqlər:





Xəbər lenti