63 yaşlı qadının faciəli ölümü

63 yaşlı qadının faciəli ölümü
  07 Fevral 2016    Oxunub:1820
Bu gecə Xaçmaz rayonunun Ağyazı Buduq kəndində ikimərtəbəli fərdi ev yanıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Xaçmaz rayonu, Ağyaz Buduq kəndində 1953-cü il təvəllüdlü Hacıyeva Nəzakət Hacağa qızına məxsus ümumi sahəsi 54 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın zamanı mənzilin sahibinin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aidiyyəti üzrə təhvil verlib. Yanğın saat 03:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti