Güclü külək fəhləni binadan atdı

Güclü külək fəhləni binadan atdı
  08 Fevral 2016    Oxunub:2699
Bakıda tikintidə faciə baş verib.
AzVision.az xəbər verir ki, Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bayıl qəsəbəsində, yeni inşa olunan binada qeydə alınıb. Tikintidə fəhlə işləyən, 1990-cı il təvəllüdlü Nicat Səhrad oğlu Mehdiyev binadan yıxılaraq ölüb.

İlkin məlumata görə, fəhlə güclü külək nəticəsində binadan yıxılıb.

Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma - ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.


Teqlər:





Xəbər lenti