`Bacısına sataşdığı üçün öldürdüm` - 16 yaşlı nəvəsini öldürən baba

`Bacısına sataşdığı üçün öldürdüm` - 16 yaşlı nəvəsini öldürən baba
  09 Fevral 2016    Oxunub:7250
Ağdamda babanın 16 yaşlı nəvəsini qətlə yetirməsinin təfərrüatları məlum olub.
Ağdam rayonunda araşdırma aparan Binəqədi rayon prokurorluğunun əməkdaşlarının şübhəli şəxs qismində saxladığı Rafiq Bayramov törətdiyi cinayəti etiraf edib.

R. Bayramov izahatında qeyd edib ki, nəvəsi Tural Bayramovu bacısına sataşdığı üçün qətlə yetirib.

Ağdam Rayon Polis Şöbəsindən verilən xəbərə görə, bu gün rayonun Çəmənli kənd qəbiristanlığında dəfn olunmuş T. Bayramovun meyiti eksqumasiya edilib. Tibbi ekspertiza zamanı T. Bayramovun qulaq, burun, dodaq və cinsiyyət orqanının kəsildiyi məlum olub.


***

Azərbaycanda dəhşətli cinayətin üstü açılıb.

AzVision.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə bir neçə gün əvvəl Bakının Binəqədi rayonunda qeydə alınıb. Ağdam rayonundan olan məcburi köçkün, 2000-ci il təvəllüdlü Tural Mübariz oğlu Bayramov xüsusi amansızlıqla qətlə yetirilib.

T. Bayramov Ağdam rayonunda torpağa tapşırılıb.

Həyata keçirilən tədbirlər nəticəsində qətlin törədilməsində şübhəli bilinən, T. Bayramovun babası Rafiq Bayramov saxlanılıb. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.


Teqlər:  





Xəbər lenti