6 yaşlı oğlunu öldürən ata tutuldu
Qeyd edək ki, Zahid İsgəndərov 6 yaşlı oğlu Ümidin boğazını kəsərək qətlə yetirib. Z. İsgəndərov hadisəni törətdikdən sonra qaçıb.
İlkin məlumata görə, hadisə ailədaxili münaqişə zəminində törədilib.
Qətlə yetirilən Ümid 1-ci sinifdə oxuyurmuş.
Faktla bağlı Beyləqan Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. (Apa)
Teqlər: