`Ad günümü ailəmlə qeyd edəcəyəm` – Siyavuş Novruzov
“Dostların, millət vəkillərinin təbriki davam edir. Ad günümü işdən sonra ailəmlə qeyd edəcəyəm”.
S.Novruzov, özəl gündə kimdənsə xüsusi hədiyyə gözləmədiyini bildirib.
“Hər bir təbrik mənim üçün əzizdir. Ona görə də kimdənsə xüsusi hədiyyə gözləmirəm. Onların təbriki mənim üçün hədiyyədir. Əsas diqqət göstərib yada salmaqdır. Bundan başqa nə istəyə bilərəm ki?”.
Qeyd edək ki, Siyavuş Novruzov 1969-cu ilin bu günü Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində anadan olub.
Hazırda Milli Məclisin İctimai Birliklər və dini qurumlar komitəsinin sədri, YAP-ın icra katibinin müavinidir.
Ailələdir, 1 oğlu və 1 qızı var. O, Əfqanıstan müharibəsində iştirak edib. Həmçinin Qarabağ müharibəsinin veteranıdır. Sərbəst güləş üzrə SSRİ çempionudur.
Şahanə Rəhimli
AzVision.az