İkiqat Azərbaycan çempionu qətlə yetirilib

İkiqat Azərbaycan çempionu qətlə yetirilib
  21 Fevral 2016    Oxunub:4524
Kikboks üzrə ikiqat Azərbaycan çempionu Elmir Cəlilov vəfat edib.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Kikboksing Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev məlumat verib.

Qeyd edək ki, ötən gün təxminən saat 23:30 radələrində 32 yaşlı Gəncə şəhər sakini Elmir Cəlilov odlu silah yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına (TTYX) çatdırılıb.

Dərhal cərahiyyə şöbəsinə yerləşdirilən şəxs ölüb.

Hazırda cinayəti törədən şəxs və ya şəxslərin kimliyi dəqiqləşdirilir. Hadisənin hansı zəmində baş verməsi ilə bağlı hələlik dəqiq məlumat yoxdur.

Gəncə şəhər TTYX-da hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub və araşdırmalara başlanılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti